VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
Dünyaca məşhur müğənni Şakira öz pərəstişkarlarını yeni klipi ilə sevindirib. Keçən il müğənni işinə müəyyən müddət fasilə verəcəyini bildirmişdi. Lakin bunu əbəs yerə olmadığı bəlli olub. Belə ki, istirahəti müğənninin xeyrinə olub, o fanatlarını yeni mahnısı və klipi ilə sevindirib. 

BAKU.WS-in rus mətbuatına istinadən verdiyi xəbərdə bildirilir ki, onun ifa etdiyi mahnı amerikalı musiqiçi Prins Roys ilə əməkdaşlıq nəticəsində ərsəyə gəlib. Yeri gəlmişkən, birgə səsyazmadan sonra musiqiçi etiraf edib ki, o Şakira ilə işləməkdən çox məmnun qalıb.  

"İndi mən ona əvvəlkindən də çox heyran olmuşam", - deyə o mətbuata bildirib.  

Klip müğənninin "Deja Vu” adlı mahnısına çəkilib. Klipdə 40 yaşlı Şakira özünəməxsus şux, ehtiraslı hərəkətlər göstərərək rəqs edib. Şakiranın daha çox atəşli rəqs kompozisiyaları ilə məşhur olduğuna baxmayaraq klip çox lirik alınıb. Müğənninin yeni klipində istifadə olunan lirik motivləri görmək və qiymətləndirmək üçün sizə klipə baxmağı təklif edirik. 

Qeyd edək ki, klipin baxışı 2 gün boyunca 22 milyonu keçib. 

Şakiranın yeni klipini sizə təqdim edirik:  
 
Arzu Mirzəyeva
BAKU.WS