VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Kanal D-də "Hayat şarkısı” serialında oynayan aktrisa Burcu Biricik maraqlı müsahibə verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, simiç və pinti olduğunu, paltara çox pul xərcləmədiyini etiraf edib.

"Bir dəfə tədbirə çağırmışdılar. Mən də çəkilişdən çıxıb bir başa ora getdim. Geyimimi dəyişdirmədim. Məni qapı arxasında qoydular, tənqid olundum. Amma vecimə də olmadı. Gülərək oradan ayrıldım. Paltara çox pul xərcləməyin əleyhinəyəm. Mən pulu gəzməyə, yeməyə, içməyə xərcləməyi daha üstün tuturam”, - deyə aktrisa bildirib. 
 
BAKU.WS