SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Xalq artisti Flora Kərimova ilə müğənni Nadir Qafarzadə arasında qalmaqal daha da böyüyüb.

BAKU.WS məlumat verir ki, Nadir Qafarzadə Flora Kərimovanın onun haqda dediyi sözlərə cavab verib.
 
Flora Kərimova "Atv Maqazin" verlişində qarşı tərəfin ünvanına sərt sözlər demişdi:

"Bir şeyi bağışlamayın tərbiyəsizliyi, mədəniyyətsizliyi. Yerində oturtmağı bacarmalıyıq. Bu cür hərəkətlərdən utanmaq lazımdır".
 
Flora Kərimovanın Nadir Qafarzadə haqqında "sənə çörəyi mən vermişəm" deməyi müğənnini hiddətləndirib. Nadir Qafarzadə də xalq artisti haqda tənqidi sözlər deyib:

"Flora xanıma hər zaman hörmətlə yanaşmışam. Amma bu o demək deyil ki, mənlə duet oxuduğunu başıma vurmalıdır. Hər dəfə müsahibəsində "Sənə çörəyi mən vermişəm" deyərək məni pərt etməməlidir. Yetər artıq. İnsana çörəyi Allah yetirir. Bizlər sadəcə vasitəçiyik. Mən də bu həyatda saysız-hesabsız xeyriyyə işləri görmüşəm. İndi durub hamısını bir-bir deməliyəm? Mənim 44 yaşım var. Səbr kasam dolub. Bundan sonra barəmdə danışan olsa, layiqli cavablarını alacaqlar. Hələlik isə bəzi yaşlı nəslin nümayəndələrindən xahiş edirəm ki, biz cavanları rahat buraxın. Elə edin ki, hər zaman hörmətli olasınız" deyə müğənni bildirb. 
 
BAKU.WS