VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Tanınmış müğənni Röya Ayxanın qardaşı İsmayıl "O səs Türkiyə"də səhnəyə çıxıb.

BAKU.WS məlumat verir ki, "O Səs Türkiyə"nin yeni mövsümündə Röya Ayxanın qardaşı İsmayıl da qatılıb. Özcan Dənizin "Nasip değilmiş" mahnısını ifa edən həmyerlimizə münsiflər heyətindən heç kim müsbət rəy verməyib. Münsiflərdən Murad Boz dönmədiyi üçün peşman olduğunu deyib. Aparıcı Acun İlicalı İsmayılı növbəti il də eyni səhnədə yenidən görmək istədiklərini bildirib.

Qeyd edək ki, Röya Ayxanın qardaşı İsmayıl anası və qardaşı ilə uzun müddətdir Türkiyədə yaşayır.