SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Biznesmen və müğənni Emin Ağalarov məşhur rus qrupu "А'Studio" ilə birlikdə yeni klip çəkdirib. 
 
BAKU.WS-in xəbərinə görə, klipin ilk kadrlarını müğənni öz instaqram səhifəsində paylaşıb. Məşhur müğənni "А'Studio" musiqi qrupunun solisti Keti Topuriya ilə birlikdə "Esli tı ryadom" mahnısını ifa ediblər. 

Çəkilişlər Rusiyanın paytaxtı Moskva şəhərinin mərkəzində ekstremal şəraitdə həyata keçirilib. Belə ki, çəkilişlər üçün Emin və Keti hündürmərtəbəli binanın damına çıxmağa məcbur olublar. 

"Nəzərə almasaq ki, bizə çox soyuq idi çəkilişlər çox maraqlı keçdi. Biz bu uşaqlarla artıq neçə illərdir ki, dostluq edirik və mənə bu insanlarla birlikdə işləmək çox xoş oldu.”-deyə Emin Ağalarov bildirib.
 
Klipin tam kadrları tamaşaçılara yaxına zamanlarda təqdim olunacaq. Biz isə sizə Emin Ağalarovun instaqram səhifəsində paylaşdığı klip çəkilişlərindən olan görüntüləri təqdim edirik: 

Arzu Mirzəyeva  
BAKU.WS