SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ağır sürən xəstəlikdən sonra dünyasını dəyişən rejissor Şahin Zəkizadənin son işi üzə çıxdı. 

BAKU.WS-in verdiyi xəbər görə, bir müddət əvvəl Azərbaycanlı gənc ifaçı Jay Hun oxuduğu "Sevgilim” mahnısına klip şəkdirmək üçün mərhum Şahin Z.Z-yə sifariş edib. Yayda lentə alınan klip rejissorun halı pisləşdiyindən montaj mərhələsində yarımçıq qalmışdı. Şahin Zəkizadə dünyasını dəyişəndə ifaçı bu mahnını daha əvəllər sevdiyi müğənni Röya Ayxana həsr etməyi düşünsə də, sonradan klipi rejissorun ruhuna ithaf etməyi qərara alıb.
 
Qeyd edək ki, Şahin Zəkizadədə 2016-cı il sentyabr ayında ağır xəstəlik - qan xərçəngi xəstəliyi aşkarlandı. O zamandan rejissor Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında intensiv müalicə alıb. Amma bir neçə aylıq müalicəyə baxmayaraq, xəstəlik şiddətlənmişdir. İstedadlı rejissor 12 fevral 2017-ci ildə komaya düşmüş, 16 fevralda 39 yaşında dünyasını dəyişib. Rejissor Maştağada yerləşən "Seyidlər" qəbiristanlığında dəfn olunub.

Həmin klipi sizə də təqdim edirik:

Arzu Mirzəyeva
BAKU.WS