VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Müğənni Rəqsanə İsmayılovanın qızı Aysunun sevgilisindən ayrılması barədə xəbərlər yenidən gündəmə gəlib.
 
BAKU.WS xəbər verir ki, Aysunun instagramda paylaşdığı fotolar izləyicilərində bu fikri yaradıb. 
 
Qeyd edək ki, Aysun İsmayılova Türkiyə vətəndaşı olan Ali Tanrı Kuli ilə sevgilidir.

Qeyd edək ki, Rəqsanə İsmayılova əvvəllər "ATV maqazin onlarla" verilişinə açıqlamasında qızını xaricdə yaşayan birinə ərə vermək istəmədiyini qeyd edib:"Anam Aysunu istəyən oğlanın ailəsi ilə internetlə danışıb. Artıq məndən xəbərsiz razılıq verib. Mənim ürəyimcə deyil. Həm də qızımın məndən uzaq yaşamasından narahatam. Amma anam deyir ki, yaxşı insanlardır. Mənə var-dövlət önəmli deyil. İnsan yaşlandıqca baş yoldaşı axtarır.Qızıma demişəm ki, gedib boşanacaqsansa, otur yanımda. Biz tanınmış insanların adı pisdir. Deyirlər ki, "müğənni qızıdır da, gedib boşanacaq". Xeyr, müğənninin qızı da övladdır".
 
Aynur Ələkbərova
BAKU.WS