SİZİN REKLAM BURADA!
055 213 76 73



Bir neçə gün öncə liposaksiya (Piy sovurma əməliyyatı) etdirən tanınmış prodüser Təranə Səmədova evə buraxılıb.
 
BAKU.WS xəbər verir ki, lent.az-ın foto-kameraları önünə keçən prodüser bildirib ki, hazırda özünü yaxşı hiss edir: "Əməliyyatımdan razıyam. Əminəm ki, yeni görkəmim məni qane edəcək. Çünki artıq 3-4 gündür ki, əməliyyat olunmuşam, amma irəliləyişlərdən hiss edirəm ki, daha da yaxşı olacaq. Bu əməliyyat nəticəsində 6 litr piydən azad oldum”.

Prodüser onu da əlavə etdi ki, növbəti dəfə əməliyyat masasına əyləşəcək: "Daha bir liposaksiya əməliyyatını ayaq nahiyəmdə etdirəcəm. Bundan başqa qarşıda iki estetik əməliyyat da məni gözləyir. Estetik əməliyyatı hansı nahiyədə etdirəcəyimi isə indidən açıqlamayacağam. İstərdim ki, 15-20 kilo arıqlayım”. 
 
BAKU.WS