VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Dünən ATV telekanalının "Nanəli" adlı verilişində qalmaqal baş verib. 

BAKU.WS-in məlumatına görə, verilişdə mövzu olaraq estradanın gənc ifaçıları və ustadların birgə dueti müzakirə olunub.
 
Verilişin əvvəlində mehriban atmosfer olmasına baxmayaraq, dəqiqələr irəlilədikcə "keyfiyyətli" musiqi ilə bağlı mübahisələr qızışıb. Verilişə qonaq gələn sənətkarlar Nadir Qafarzadənin mahnısını ələ salmağa başlayıb. 

Emosional müğənni Nazir Qafarzadə isə tənqidlərdən sonra özünü saxlaya bilməyib və sözlərinə belə davam edib: "Mən öz uşaqlarımı dolandırmaq üçün belə mahnılar oxuyuram. Yox, əsər oxuyacağam, acımdan öləcəyəm?".
 
Xalq aktrisası Flora Kərimova isə Nadirə cavab verib: "Əgər siz istəyirsinizsə ki, sizi müğənni kimi sevsinlər və qəbul etsinlər bunun üçün çox çalışmaq lazımdır. İntellektlə, səhnə mədəniyyətilə sevilmək çox çətindir. Mən danışmaq istəmirdim, amma siz gəldiniz və hətta sənətkarlarla salamlaşmadınız…".

Daha sonra Nadir onun sözün kəsdi və dedi ki, əvvəlcə verilişə gəlmək istəməyib. Ayağa qalxan Nadir mikrofonu çıxardıb və studiyanı tərk edib. Sənət yoldaşları Nadiri sakitləşməyə və verilişdə iştirak etməyə çağırıblar. Ancaq Nadir çağırışlara baxmayaraq verilişi tərk edib.