SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Türkiyənin ən reytinqli serialları sırasında olan "Kurtlar Vadisi Pusu"nun TRT1-də davam edəcəyi barədə xəbərlər təsdiqini tapıb.

BAKU.WS-in axşam.az-a istinadən məlumatına görə, bu mövsüm yayımlanmayan ekran işi yeni mövsümdən etibarən TRT1-də qaldığı yerdən davam edəcək. 

Bununla yanaşı "Pana Film" "Kurtlar Vadisi: Darbe" adlı filmi çəkərək hüquqlarını TRT-yə verəcək.

Rəsmi açıqlama olmasa da, serialın sentyabrdan etibarən yayımlanacağı ehtimal edilir.
 
BAKU.WS