VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Los-Anceles şəhərində keçirilən "Oscar" mükafatlandırma mərasimində "The White Helmets" filmi də mükafat alıb.

BAKU.WS milli.az-a istinadla bildirir ki, Suriyada yüzlərlə insanın həyatının xilas olmasından bəhs edən "Bəyaz dəbilqələr" filmi ən yaxşı qısa sənədli film mükafatına layiq görülüb.

Filmin rejissoru Orlando vin Einsiedel mükafatı qazandıqdan sonra mərasimdəki çıxışında Quran ayəsindən sitat gətirib. O, "Maidə" surəsinin 32-ci ayəsini (Bir nəfərin həyatını xilas edən bütün insanları xilas etmiş kimi sayılır) oxuduqdan sonra mərasimdəki məşhurları ayağa qaldırıb, Suriyada müharibənin bitməsi üçün onlardan alqış istəyib.

Qeyd edək ki, "La La Land” musiqili filminin rejissoru 32 yaşlı Demen Şazell "Ən yaxşı rejissor işi” nominasiyasında "Oskar” mükafatına layiq görülüb. Qalibin adı Amerika Kinoşünaslıq Akademiyasının mükafatının fevralın 26-da ABŞ-ın Los-Anceles şəhərində keçirilən 89-cu təqdimetmə mərasimində elan olunub.

Kanadalı aktyor Rayan Hoslinq və amerikalı aktrisa Emma Stounun baş rolda çəkildiyi Demen Şazellin romantik müzikli bu mövsümün favoriti olub və namizədliyi irəli sürülən bütün 7 nominasiyada "Qızıl qlobus” mükafatını əldə edib. Bu əsər, həmçinin 4 kateqoriyada Britaniya Kino və Televiziya Sənəti Akademiyasının, ABŞ Rejissorları Gildiyasının (kinoda nailiyyətlərinə görə), ABŞ Kinoaktyorları Gildiyasının (Emma Stoun üçün ən yaxşı qadın rolu) və Venesiya kinofestivalının mükafatlarını qazanıb.

Ən yaxşı rejissor adı uğrunda, eyni zamanda Deni Vilnev ("Arrival”), Mel Gibson ("Hacksaw Ridge”), Kennet Lonerqan ("Manchester by the Sea”) və Barri Cenkins ("Moonlight”) mübarizə aparıb.

"La La Land” filmində baş rolun ifaçısı Emma Stoun "Ən yaxşı aktrisa”, "Manchester by the Sea” filmində baş rolun ifaçısı Keysi Afflek "Ən yaxşı aktyor”, Denzel Vaşinqtonun "Fences” filmində rol alan Viola Devis "İkinci planda ən yaxşı qadın rolu”, "Moonlight” filmində rol alan amerikalı aktyor Maherşala Əli isə "İkinci planda ən yaxşı kişi rolu” nominasiyasının qalıbı olub.

"Ən yaxşı film” kateqoriyasında isə qalib adını "Moonlight” ("Ay işığı”) filmi "qazanıb.

Mükafatların təqdimatı Dolby teatrında keçirilir və ABC telekompaniyası tərəfindən 225 ölkədə yayımlanır.
 
BAKU.WS