SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Nokia" şirkəti fenomen olan cib telefonu "3310"u yeni formatda ictimaiyyətə təqdim edəcək.
 
BAKU.WS xəbər verir ki, "Nokia 3310"un qiymətinin 200 avro civarında olacağı güman edilir. Yeni mobil telefonun bu ay sonunda tanıdılması planlaşdırılır.
 
"Nokia"nın "Microsoft"la əldə etdiyi razılaşmaya görə ən azı 5 il öz məhsullarını bazara çıxarmamalıdır. Bu müddət ötən il bitib və şirkət yenidən istehsala başlayıb. 

"Nokia"nın yeni modelinin dizaynının köhnə "Nokia 3310"a bənzəməsi gözlənilir. Yeni telefonda Android 7.0 əməliyyat sistemindən istifadə ediləcək. Yeni ağıllı telefon "Nokia"nın isim haqqını alan "HMD Global" şirkəti tərəfindən tanıdılacaq. 
 
BAKU.WS