VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


ARB TV-nin "Gəlin danışaq" verilişinin növbəti qonağı "Şipşirin" ləqəbli müğənni Elçin Cəfərov olub.

BAKU.WS xəbər verir ki, maraqlı açıqlamaları ilə diqqət çəkən sənətçi barəsində xalq artisti Ağadadaş Ağayev də heç yerdə demədiklərini danışaraq, müğənniyə sual da ünvanlayıb:

"Elçin çox yaxşı oğlandır. Elçinin qaynatası mənim yaxşı dostumdur. Mənə zəng elədi, məlumat almaq üçün, amma üstüörtülü danışırdı. Hiss etdim ki, xeyir iş var. Orada xeyir-duasını verdim. Sonra toyda da öz xeyir-duamı verdim. Sualım budur ki, son vaxtlar evlilikdən sonra niyə görünmür?"

Elçin Cəfərov isə cavabında bildirib ki, başı təzə evliliyə qarışıb:

"Amma üzərimdə işləyirəm. Klip də çəkdirmişəm. Hər verilişə getmirəm. Bəzi verilişlərə özümə qadağa qoymuşam. Yemək və oyun verilişlərinə getmək istəmirəm. Daha çox sənətlə gündəmə gəlmək istəyirəm".

İfaçı daha sonra 12 yaşından toylara getdiyini vurğulayıb:

"Ağadadaş müəllimlə toylara gedirdim. Pul da qazanırdım. Ailəmə kömək etmirdim, çünki ehtiyac yox idi. Özümə xərcləyirdim. Sinif uşaqlarımızı karusellərə mindirirdim. Yaxşı pul qazanırdım. Xalçam var idi, onun altına yığırdım, gizlədirdim. Səsim dəyişən ərəfələrdə 1 il özüm olmadım. Həm xasiyyətim, həm də səsim dəyişirdi. 1 il avaraçılıqla məşğul oldum. Evdə tapılmırdım, evə gələndə də döyülürdüm. Atam çox döyürdü. Musiqiyə çox bağlı insanam. Səsim batdığı üçün pis idim. Gecələr dostlarımla gəzməyə çıxanda qışqıra-qışqıra oxuyurdum ki, səsim açılsın. O qədər qışqırdım ki, səsim açıldı. Səsimin dəyişən vaxtları məşhur türk müğənnisi Əmrahla görüşdüm. İfam onu ağlatdı. Onu çox sevirəm".
 
Aynur Ələkbərova
BAKU.WS