SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişinin qonaqları aparıcı, aktyor Şəhriyar Əbilov, rəqqasə Oksana Rəsulova və müğənni Çingiz Mustafayev olub.
 
BAKU.WS xəbər verir ki, aparıcı Sevil və Sevinc bacılarının suallarını cavablandıran qonaqlar maraqlı açıqlamalar verib. Oksana Rəsulova ilə dostluq münasibətlərində danışan Şəhriyar Əbilov onun çox yaxşı dost olduğunu bildirib. 
 
"Oksana çox yaxşı dostdur. Mən bu gün həqiqətən deyə bilərəm ki, onun kimi yaxşı bir dostum var. Çox canyandıran insandır, bir sözlə Oksana əsl dostdur. O, mənim əlimdən tutaraq ingilis dili kursuna belə aparıb. Biz hər yerə bi yerdə gedirik".
 
Birlikdə film də çəkən Oksana və Şəhriyar bir-birinə ağız dolusu tərif yağdırıb. Daha sonra aparıcılar Şəhriyar Əbilovdan şeir ifa etməsini istəyib. Lakin aparıcı bundan imtina edib. 
 
"İndi Çingiz bir şeir deyəcək biz Oksana ilə ağlamayacağıq bir başa ulayacağıq".
 
Aynur Ələkbərova
BAKU.WS