SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İllərdir Amerikada yaşayan aparıcı Günel Musəvi sosial şəbəkədə ailə fotolarını paylaşıb. 
 
BAKU.WS-in məlumatına görə, Günel qızı Sevilin 3 aylıq olduğunu qeyd edib və şəklini öz Instagram-ında yerləşdirib.  

Günel Musəvi 1999-cu ildə 106 FM radiosunda dj-aparıcı vəzifəsində çalışıb. 2000-ci ildə "ABA” telekanalında Azərbaycanda ilk yerli hit paradı - "Qızıl onluq” verilişini yaradıb və onun aparıcısı olub. Bunun ardınca əyləncəli-musiqili "100%” verilişində aparıcılıq edib. Həmin il "100%” verilişinə görə ilin ən yaxşi musiqili-əyləncəli veriliş nominasiyasında "Grand” mükafatına layiq görülüb.

2001-2002-ci illər ərzində "Lider” teleradio şirkətində "Tezdən oyan” və Lider -107 FM radiosunda "Tərsinə” verilişlərində aparıcı olub. 2003-2004-cü illərdə "Space” TV-də "Çərçivə” musiqili-əyləncəli verilişini yaradıb və bu verilişin aparıcısı olub.

2006-2008-ci illərdə yenidən "Lider” TV-də vaxtı ilə populyar olmuş "100%” verilişini bərpa edib. 2009-cu ildə Amerikanın Alabama ştatının Troy şəhərində "Troy” Universitetində təhsilini davam etdirməyə yollanıb. 2010-cu ildə Amerikanın Minnesota ştatının Sent Pol şəhərinə yerləşib.

"Every Azeri” adlı onlayn jurnalının təsisçisidir. O, eyni zamanda Amerika və Azərbaycanı bir-birinə tanıtmaq məqsədilə "YouTube” ineternet kanalında silsilə verilişlər təqdim edib.
 
Nazim Babayev
BAKU.WS