SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Teleaparıcı Şəbnəm Hüseynova və jurnalist Əfruzə Ağayeva ilə yaşadığı qalmaqaldan sonra "Instagram"" sosial şəbəkəsindəki hesabına çoxsaylı şikayət gələn Kamil Zeynallının hesabı artıq bir neçə gündür ki, şəbəkə tərəfindən silinib. Hazırda K. Zeynallı hesabını bərpa etmək üçün mütəxəssisə müraciət edib.

İstiPress xəbər verir ki, bu haqda İT mütəxəssis Sahib Rzayev açıqlama verib. O, bildirib ki, hazırda K. Zeynallının hesabının bərbası üzərində iş gedir:

"Bir neçə gündür ki, hesabı qaytarmağa çalışırıq. Saytdan cavab gözləyirik. Ümid edirik ki, tez bir zamanda Kamil Zeynallının hesabını bərpa edə biləcəyik".

Qeyd edək ki, K. Zeynallının dostları isə hesabın Kamilin özü tərəfindən müvəqqəti bağlanması haqda məlumat yazıb.

Hesabın bağlanmasına səbəb aşağıdakı videoda olan Zeynallının video müraciəti olub.
 
BAKU.WS
 
]