SİZİN REKLAM BURADA!
055 213 76 73



"ARB Ulduz”un "Şou-məkan” verilişinin bu dəfəki qonağı əməkdar artist Mehriban Xanlarova olub.
 
BAKU.WS maraqlı açıqlamaları ilə diqqət çəkib.

Aktrisa bir vaxtlar çəkildiyi bədii filmdən, orda canlandırdığı obrazdan, açıq-saçıq səhnələrə necə gəldi münasibət bildirən insanlardan da danışıb. ""Sahilsiz gecə”də mən alt geyimimi yuxarı qaldırıram. O filmdə oynamağıma peşman deyiləm. O vaxt demişdilər ki, guya məni döyüblər, Şahmar Ələkbərovu döyüblər. Heç kim məni döyməyib, heç kim mənə söz deməyib. Dırnaqarası kişiciklərimiz nə yaxşı oturub Türkiyənin bütün seriallarına baxırlar. Orda açıq səhnələr yoxdur bəyəm? Var. Ancaq bu gün mən bir açıq səhnəyə çəkilsəm, adi bir öpüş səhnəsi olsa, yazılanların beş qat artığını yazarlar”.
 
Aynur Ələkbərova
BAKU.WS