VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"ARB Ulduz”da yayımlanan "Şou-məkan” proqramının növbəti qonağı müğənni Niyam Salami maraqlı açıqlamalarla yadda qalıb.

BAKU.WS xəbər verir ki, ifaçı həmkarı və duet ortağı Səidə Sultana evlilik təklifi etdiyini söyləyib:

"Sözün açığını deyim ki, mən ona evlilik təklifi etmişdim. Ona da şərəf oldu. Dedi ki, "Niyam, mənim üçün də bu təklif şərəfdir. Sən mənim qaqaşımsan. Sənə görə ölümə belə gedərəm”. Gördüm rəng alıb rəng verdi. Ola bilər ki, indi ağlı başına gələr, 1-2 ildən sonra razılıq verər. Dostumdur, belə şeyə çox yaxşı baxıram. Zarafatla dedim ki, sonra sən peşman olsan, onda da mən razı olmayacam".
 
Aynur Ələkbərova
BAKU.WS