SİZİN REKLAM BURADA!
055 213 76 73



"Artıq çəkilərini plastik əməliyyatla aradan qaldıranların o qədər ağrıları olur ki, başları özlərinə qarışır. Sənətlərinə vaxt ayıra bilmirlər. Neçə aydan bir gedirlər plastik əməliyyata, görürlər, ömürləri bitdi. Nə mahnı oxuya, nə də sənətlə məşğul ola bilirlər".

BAKU.WS xəbər verir ki, bu sözləri əməkdar artist Elza Seyidcahan deyib.

"Lider maqazin"ə açıqlama verən müğənni plastik əməliyyatla artıq çəkidən xilas olan müğənniləri tənqid edib. Bundan başqa o, xarici şou ulduzların geyimləri barədə də danışıb. Xüsusən də Hadisənin Bakı konserti zamanı geyindiyi libası tənqid edib.

"Beyons, Ledi Qaqa, Madonna açıq-saçıq geyinirlər, birinci öz çılpaqlıqlarını önə gətirirlər. Bizim müğənni olan bəzi gənclər də onları əsas gətirir, uçuruma gedirlər. Utanmadan, qızarmadan lüt gəzirlər, efirə çıxırlar. Bəzi yerli və əcnəbi müğənniləri heç qəbul etmirəm. Hadisə bizdə gecə paltarında səhnəyə çıxdı, heç xoşum gəlmir belə hərəkətdən".

Aynur Ələkbərova
BAKU.WS