SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

 
Azərbaycanlı və erməni gənc Ukraynanın "İnter" adlı kanalının yumoristik əyləncəli teleşousunda birgə iştirak ediblər.
 

BAKU.WS-in məlumatına görə, Şövqü Əhmədov və Araik Manqasaryan üçün debüt müvəffəqiyyətlə keçib. Azərbaycanlı və erməni gəncin dueti onlara 20 000 qrivin qazandırıb. 
 
Şövqü və Araik etiraf edilib ki, oyunda həyəcanlanıblar. Deyirlər ki, televizorda proqrama baxmaq çox asandır, ancaq nə vaxt ki hadisələrin episentrində olursan o zaman hər şey tamamilə başqa cür. Həyəcan təbii ki, onların çıxışına təsir edib. İki gənc həyəcandan bilmirdilər ki, hansı zarafatları seçsinlər və necə onları yerbəyer etsinlər. 

Texniki olaraq nömrələri çox yaxşı yerinə yetirdikləri üçün gənclər səhvsiz öz performanslarını göstərə biliblər. Şövqü və Araik yumorun onarın həyatında ən vacib amil olduğunu söyləyirlər. 

Şövqü artıq təxminən 9 ildir, Araik isə anadan olandan (zarafatla deyir) bu işlə məşğuldur. Gənclər söz verib ki, növbəti mərhələdə qələbə üçün əllərindən gələni edəcəklər.

Azərbaycanlının və erməninin dostluğu haqqında televiziya aparıcılarının müsbət cavablarını Şövqü və Araik təbəssümlə qarşılayıb.

Şevqi Axadov həmçinin Qafqaz qonaqpərvərliyini xatırladıb, Bakıda televiziya aparıcılarını dəvət etdi.

Yumor yumordur, amma nə vaxt ki, cəbhə xəttində Azərbaycan əsgərləri həlak olur, insanlar ümumiyyətlə gülmək istəmirlər.
 
Fərid Məmmədov
BAKU.WS