VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycanlı müğənni Üzeyir Mehdizadə Youtube kanalında canlı ifasını izləyicilərinə təqdim edib.  

BAKU.WS xəbər verir ki, oxuduğu mahnılarla ölkəmizdə müəyyən kütlə tərəfindən bəyənilməyən Üzeyir Mehdizadə bu addımla səsinin gücünü göstərməyə çalışıb. 
 
Üzeyir Candan Erçetinin oxuduğu məşhur "Yalan" mahnısını ifa edib. Fərqli formada ifa olunan mahnı sosial şəbəkə istifadəçiləri arasında böyük müzakirəyə səbəb olub. Bəziləri müğənninin mahnını xaric oxuduğunu, digərləri isə ifanın möhtəşəm olduğunu iddia edir. 
 
Üzeyir Mehdizadənin sözügedən ifasını oxucularımıza təqdim edirik: 
 
Nazim Babayev
BAKU.WS