Azərbaycanlı müğənnilərinin toydan əldə etdikləri gəlirləri, evləri, maşınları çox müzakirə edilir.

Onlar sosial şəbəkələrdə tez-tez avtomobillərinin, evlərinin fotolarını paylaşırlar, insanlara lüks həyat yaşadıqlarını sübut etməyə çalışırlar.

Lakin şou-biznes üzvləri arasında mənzil və avtomobili olmayanlar da az deyil.

"Qafqazinfo" məsələ ilə bağlı kiçik araşdırma aparıb.

Məlum olub ki, maşınsız incəsənət üzvləri arasında kifayət qədər məşhur olan simalar var. Heç kəsə sirr deyil ki, ictimai nəqliyyatdan istifadə edən tanınmışlar arasında kino və teatr nümayəndələri çoxluq təşkil edirlər. Amma biz daha çox şou-biznesdə öndə olan maşınsız şəxslərin adını müəyyənləşdirməyə çalışmışıq:

Əməkdar artist Rühəngiz Allahverdiyeva

Əməkdar artist Mehriban Xanlarova

Əməkdar artist Emma Ələkbərzadə

Əməkdar artist Firuzə İbadova

Əməkdar artist Naibə Allahverdiyeva

Caz ifaçısı Cavan Zeynallı

Teleaparıcı Vüsalə Əlizadə

"O səs Türkiyə" qalibi Elnur Hüseynov

Müğənni Samir Cavadzadə

Müğənni Çingiz Mustafayev

"Eurovision 2016" təmsilçimiz Səmra Rəhimli
 
BAKU.WS