SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türk aktyor Şahan Gökbakarın yeni filmi "Receb İvedik 5"in treyleri yayımlandıqdan sonra sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub. 

BAKU.WS xəbər verir ki, aktyorun növbəti filmində azərbaycanlı boksçu ilə mübarizəsi sosial şəbəkədə birmənalı qarşılanmayıb. Belə ki, azərbaycanlılar Receb İvedikin boksçunu döyərək rinqin bir küncünə atması səhnəsini tənqid atəşinə tutub. 
 
Aktyor Şahan Gökbakar Instagram hesabında tənqidlərə cavab verib: "Biz üzmək üçün deyil güldürmək üçün varıq. Bizdə qardaş ölkəyə qarşı səhv olmaz. "Recep İvedik 5" filminin anonsundakı boks səhnəsini başqa istiqamətlərə çəkməyə çalışanlar olmasın deyə filmdəki həmin səhnəni tam paylaşırıq. Azərbaycandakı sevənlərimizlə qovuşmağa can atıram. Hamınızı sevirəm".
 
Nazim Babayev
Baku.WS