VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Son günlər Azərbaycanın xalq artisti Flora Kərimova ilə millət vəkili Zeynəb Xanlarova arasında qalmaqal daha da qızışıb.

BAKU.WS xəbər verir ki, Flora Kərimova Zeynəb Xanlarovanın ona efir qadağası qoyduğunu bildirib. Bu barədə xalq artisti öz rəsmi İnstagram səhifəsində yazıb. Xanlarovanın ünvanına sərt sözlər yazan Flora Kərimova ona qarşı qoyulan qadağalardan qorxmadığını, istənilən addımı atmağa haqqının olduğunu qeyd edib.
 
"Hər yerdə mənə qadağa qoyulub, keçmişdəki kimi... Zeynəb Xanlarova unudur ki, mən ona Nisə Qasımova deyiləm Azərbaycandan illərlə didərgin etsin. Mənim bu millətə, torpağa haqqım var. Açıq sözə, fikrimə görə qorxmadan hansısa addımı atmağa haqqım var. O haqqımı Zeynəb deyil, Zeynəbin-Zeynəbi gəlsin, əlimdən ala bilməz. Zeynəb Xanlarova mənə efir qadağası qoydurub. Bu yolla kolda gizlənib, özgənin əli ilə məni susdurmaq istədi. O, həqiqətdən qorxdu. Bir də hər kəsin bildiyi "Şəki əhvalatı"nı açıqlayacağımdan qorxdu.

Məni susdurmağa ordenləri yan-yana düzən Zeynəbin də gücü çatmaz. Nahaq yerə belə etdi, mindirdi məni cin atına... Haralarasa yuxarılara dırmaşıb. Amma dəxli yoxdur, məni susdura bilməz. Oturmuşdum bir kənarda... Siyasətdən çoxdan gedən bir insanı cin atına mindirməsin...".

Aynur Ələkbərova
BAKU.WS