SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Sabina Selcan "Mənə yaxın gəl” adlı mahnısını və klipini təqdim edib.

BAKU.WS xəbər verir ki, söz və musiqisi İsmayıl Əsədova aid olan mahnıya klipi Orxan Məmmədli çəkib.

"Klipimdə tərəf-müqabilim həm var, həm də yoxdur. Həyatda da bəzi sevgililərin qadının həyatında olub-olmaması hiss edilmir... Klipdə də bunu göstərməyə çalışdıq. "Mənə yaxın gəl”ə baxanlar biləcək ki, əslində Sabina Selcan nə deyir”, - deyə, ifaçı qeyd edib:

"Sevgi keçmişi və gələcəyi qəbul etməyən tək ehtirasdır. Deyirlər, sevgi hər şeyə qalib gəlir. Onda gəlin, biz də onun hökmünə tabe olaq. Yeni mahnım da elə sevgidən bəhs edir. Bunu bütün sevənlər üçün oxumuşam. Sevgi ruhun gözəlliyidir, gəlin ruhumuzu təmiz saxlayaq. Sevib-sevilməkdən gözəl nə var ki”.
 
Aysel.Ş
BAKU.WS