SİZİN REKLAM BURADA!
055 213 76 73


 
ARB TV-nin "Türk şou-maqazin" verilişində azərbaycanlı modelyer Günay Musayevanın 1 gününü necə keçirməsi ekrana gətirilib.

Verilişin çəkiliş komandası Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı bu həftəki buraxılışda qardaş ölkə olan Türkiyədə fəaliyyət göstərən məşhurlarımızla görüşüb. 

Dəbdəbəli evinin qapılarını ARB TV-yə açan Günay Musayeva da öz növbəsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib.

Günay Musayeva oğlu Cihangir ilə tamaşaçıları tanış edib. Daha sonra mətbəxə keçərək yemək bişirmək bacarığını nümayiş etdirən Günay dadlı yeməklər hazırlayıb. 

Evlə tanışlıqdan sonra Günay idmanla məşğul olmaq üçün salona yollanıb. İdman müəlliminin nəzarəti altında idman edən Günay günaşırı olaraq bununla məşğul olduğunu bildirib.

Qeyd edək ki, Türkiyənin aparıcı qəzetlərində də veriliş haqda xəbərlər yayımlanıb.
 
BAKU.WS