SİZİN REKLAM BURADA!
055 213 76 73



Çoxdan gözlənilən "Bədən.İnsan.Səs” sosial layihəsi reallaşıb.

BAKU.WS xəbər verir ki, layihə müxtəlif dil, din,yaş, mədəniyyət, fiziki və əqli məhdudiyyəti olan insanları bir araya gətirib.

4 ay davam edən layihə boyunca iştirakçılar musiqi, rəqs və müxtəlif oyunlar vasitəsi ilə bir-biriləri ilə tanış olub, ünsiyyət qurublar.

Layihə rəhbəri Mister Happy ləqəbli Səid İsmayılzadənin fikrincə, bu layihənin əsas məqsədi insanlar arasında olan səddləri yumşaltmaq və fərqli insanların birgə ünsiyyət qurub əməkdaşlıq etməsi üçün imkan yaratmaqdır.

Təqdimatda bir çox ansamblların rəngarəng musiqi və rəqs nömrələri nümayiş edilib. Onların arasında internat məktəbləri kollektivləri, din və milliyyət icmaları, əqli və fiziki məhdudiyyatı olan şəxslər və həmçinin çağırılmış qonaqlar da vardı.

Qeyd edək ki,təqdimatda layihənin rəsmi himni olan "Together” adlı mahnisinin ilk nümayişi keçirildi. 
Bu himn bütün layihə iştirakçıları ilə birgə yazılıb və insanlar arasında birliyi təcəssüm edir.

Konsertin yekunu isə "Yallı” rəqsi olub. Bu rəqs müxtəliflikdə  yanaşı birliyi də simvolizə edir. Bütün layihə iştirakçılarının birgə Yallı rəqsi ətrafında birləşməsi tamaşaçılar tərəfdən böyük maraqla qarşılanıb.

Bu xeyirxah ideya ətrafında "Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birlik, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi, Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün 3№-li Respublika xüsusi internat məktəbi (lal-kar), Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün 5№-li Respublika xüsusi internat məktəbi, 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi birləşib.

Aysel.Ş
BAKU.WS