VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanda böyük marağa səbəb olan "Körpələrin səsi" layihəsinə Türkiyədə biganə qalmayıblar.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, mahnı terror, müharibə zəminində dünyasını itirən bütün uşaqlara dəstək üçün hazırlanıb.

Mahnını Azərbaycanın xalq artistləri Alim Qasımov, Zülfiyyə Xanbabayeva, əməkdar artistlər Fərqanə Qasımova və Abbas Bağırov ifa edib. Mahnıda eyni zamanda Bülbül adına uşaq xorunu da eşitmək mümkündür.

Əsərin sözləri Azərbaycan Yazıçılar Birliyinin üzvü Cəlal Qurbanova, musiqisi isə türkiyəli bəstəkar Hakan Erola məxsusdur.
 
Bu Cəlal Qurbanovun ilk layihəsi deyil. Bundan əvvəl "Sən Azərbaycanlısan", "Qarabağın səsi" və Avropa Oyunlarının marşının sözlərini də Cəlal Qurbanov
yazıb.
 
Aysel.Ş
BAKU.WS

[media=