SİZİN REKLAM BURADA!
055 213 76 73



"O ses Türkiye” televiziya yarışmasında münsif üzvü olan Sibel Can dəfələrlə Azərbaycana olan sevgisini dilə gətirib.

BAKU.WS xəbər verir ki, sənətçi verilişə qatılan azərbaycanlı iştirakçılara xüsusi diqqət göstərir. Hər birinin ifasına, səsinə heyranlığını ifadə edir.

Məlumat üçün bildirək ki, yarışmanın ötən günkü buraxılışında Azərbaycan Milli Konservatoriyasının tələbəsi olan Pərvaz İbrahimli "Aylı gecələr” (sözlər İslam Səfərli, musiqi Cahangir Cahangirov-red) mahnısını oxuyaraq, Sibel Canı öz ifasına heyran qoyub. O, ifaçıya jest edərək, onu öz komandasına dəvət edib.
 
Səsinə heyran olduğunu da xüsusilə vurğulayıb:

"O torpaqlardan gələn səsi qarışdırmaq olmaz. Azərbaycandan gələn səslər (ifaçıları nəzərdə tutur-red) hər zamankı kimi möhtəşəmdir”.
 
Həmyerlimiz yarışmada iştirakının Sibel Canın komandasında davam etmək qərarını verib.
 
Qeyd edək ki, Türkiyənin "TV8” televiziyasında Acun İlıcalının aparıcılığı ilə yayımlanan verilişin münsif üzvləri Sibel Can, Murat Boz, Hadise və Gökhan-Hakan Özoğuz qardaşlarıdır.
 
Aysel.Ş
BAKU.WS