SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda "Beauty Queen of Azerbaijan” ("Azərbaycanın Gözəllik Kraliçası”) yarışması keçiriləcək.

BAKU.WS xəbər verir ki, yarışın son kastinqi dekabrın 11-dək davam edəcək.

Yarışmanın münsif heyətində Azərbaycanın tanınmış modelyer-dizaynerləri əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, Mili Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilova, Afaq İsmayılzadə, əməkdar artist - Tünzalə Ağayeva, stilist-Nəsir Babayev, Fuad Haciyev, aktyor-aparıcı Şəhriyar Əbilov,  rəqqasə- aktrisa- Oksana Rəsulova iştirak edir.
 
Qatılmış xanımlar arasından cəmi 24 xanım seçiləcək. Seçilmiş 24 xanımdan 12-si yarı final mərhələsində iştirak edəcək. Azərbaycanda ilk dəfə olaraq keçiriləcək tam fərqli gözəllik yarışmasının yarım-final və final mərhələsində Türkiyənin tanınmış modelyerlərinin Tolqa Cam və Serdar Uzuntaş, eləcə də türk estradasının pop ulduzları - Petek Dinçöz, Merve Özbey, Sinan Akçıl və digərlərinin iştirakı gözlənilir. 

"Azərbaycanın Gözəllik kraliçası” yarışmasında 1-ci yerin sahibi qızıl tac və pul mükafatı, 2-ci və 3-cü yerin sahibləri pul mükafatına layiq görüləcək. 
 
Bununla yanaşı, Türkiyənin tanınmış model şirkəti ilə müqaviləyə də imza atacaqlar.
 
Aysel.Ş
BAKU.WS