SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Aytac Vidadiqızı ana olub.
 
BAKU.WS xəbər verir ki, ifaçının qızı dünyaya gəlib. O, bu haqda "İnstagram” bloqunda yazıb.

Müğənni qeyd edib ki, qız övladı dünyaya gəlib.

Qeyd edək ki, Aytac mərhum sənətçi Vidadi Bərdəlinin qızıdır. Vidadi Bərdəli tanınmış muğam ustadıdır, 2014-cü ilin noyabrında dünyasını dəyişib.
A.Vidadiqızı 2016-cı ilin əvvəlində Can Bekir adlı Türkiyə vətəndaşı ilə ailə qurub.
 
Onu da əlavə edək ki, Aytac bir zamanlar gündəmə həm də 150 minlik "Galenwagen” sürməyi, həmçinin 5 min manatlıq ceyran almağı ilə də gəlib.
O, hətta açıqlamalarından birində "Ümumiyyətlə mən, ürəyim istəyəni mütləq əldə edirəm. Özümə  xarici ölkədən sifarişlə ceyran gətirtmişəm. Əlimə bir az pul gəlsin, özümə timsah da alacağam”, - demişdi.
 
Aysel.Ş
BAKU.WS