SİZİN REKLAM BURADA!
055 213 76 73



Prodüser Təranə Səmədova yerli şou-biznesdə gündəmi altını-üstünə çevirəcək açıqlamalar verib.

BAKU.WS-in məlumatına əsasən, prodüser həmkarlarının yaradıcılıq işləri ilə bağlı öz subyektiv fikirlərini "ATV maqazin onlarla” verilişində bölüşüb. 

Deyib ki, uzunömürlü işbirliyini müğənni Günay İbrahimli ilə qursa da, ən böyük xəyanəti də məhz elə bu məşhurdan görüb:

"İşlə bağlı xəyanəti Günaydan görmüşəm. Onun üzərində əziyyətim çox olub. Heç bir zaman Günaydan köməyimi əsirgəməmişəm. Təbii ki, özünün də qabiliyyəti olduğundan, ulduza çevrilə bilib. Onunla şəxsi baxımdan heç vaxt problemimiz olmayıb”.
 
Verilişdə bir-birindən sərt açıqlamalar verən prodüserin dili iti bıçaq olub, yerli şou-biznesin boğazına dayanıb. O, iddia edib ki, bizim Avropa səviyyəli müğənnilər uğursuzluğa düçar olublar:
 
"Elnur Hüseynov, Samir Cavadzadə, əməkdar artist Tünzalə Ağayeva, Samira Allahverdi – bu müğənnilər çox istedadlıdır. Əfsuslar olsun ki, bizdə gəlir toylardandır. Müğənni də avropasayağı oxuyanda onun "promotion”ı üçün uzun bir müddət lazımdır”.
 
Prodüserin növbəti hədəfi isə Nigar Camal olub:
 
"Nigar Camal brend simadır. Amma bu gün ona Elton Hüseynəliyevə, Samir Priyevə, "Şeron” və "Qala” qrupuna olduğu kimi tələbat yoxdur. İstər-istəməz bizim qanımızda, milli musiqi, həmçinin zurna-balaban, saza meyl var”.

T.Muradova söhbət əsnasında Azərbaycanın kişi müğənnilərindən də danışdı:
 
"Faiq Ağayev uzun illərdir ən yaşı kişi müğənni olaraq qalır. Amma ifa baxımından Faiq Ağayevdən qat-qat üstün oxuyan müğənnilər var ki. Sadəcə, nə savadına, nə İQ səviyyəsinə, nə də həyat təcrübəsinə görə F.Ağayev kimi uğurlu insan ola bilmirlər. Ona görə də həmin kişi müğənnilər ulduz deyiləcək, səviyyəyə çata bilmirlər”. 
 
Aysel.Ş
BAKU.WS