VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Qobustan rayonunda toy mərasimi zamanı bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları hadisənin rayonun Duvannı qəsəbəsində qeydə alındığını deyib. Belə ki, qəsəbədə keçirilən toy zamanı 1979-cu il təvəllüdlü Kərimov Fəxri Kamal oğlu mərasimə dəvət olunan Nemətov Vüsal Ağa oğlu tərəfindən bıçaqlanıb. Ağır yaralanan F.Kərimov Mərkəzi Klinikaya yerləşdirilib və orada dünyasını dəyişib.

Qeyd edək ki, F.Kərimov Aşıq Əlinin (Tapdıqoğlu) yaxın qohumudur. Faktla bağlı Qobustan Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
 
BAKU.WS