SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıdakı restoranların birində şəhid ailələri, Milli Qəhrəman və veteranlara pulsuz xidmət göstərilir. Restoran sahiblərinin sözlərinə görə, artıq bir necə ildir ki, bu xidməti göstərirlər.

Restoranın həm çölündə, həm də içərisində bununla bağlı elanlar yapışdırılıb.Bu elandan xəbəri olan hər kəsin üzünə bu restoranın qapıları açıqdır. Hətta burda onlar üçün xüsusi bir menyu da tərtib olunub ki, gələnlər ordan sifariş verib xidmətdən istifadə edə bilərlər.

Amma restorana şəhid ailələri ilə yanaşı, elandan sui-istifadə edərək gələnlər də olur.

Restoranın bu addımı isə insanların marağına səbəb olub.

Amma şəhid ailələri ilə yanaşı, yeməyə ehiyyacıı olan şəxslər bu restorandan ac yola salınmır.

BAKU.WS "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
 
BAKU.WS