VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Son günlər dünyada populyarlaşan virus trend-video "Mannequin Challenge” fləşmobu Azərbaycanda da sürətlə yayılmağa başlayıb.
 
BAKU.WS xəbər verir ki, dilimizə tərcümədə "Manikenə meydan oxuyan yamsılama” mənasını verən trend-videonu aktrisa Pərvin Abıyeva da edib.

Daha dəqiq söyləsək, rejissor Kənan M.M "İnstagram” bloqunda həmin videonu paylaşıb. Video "Gecə qonağı” filminin çəkilişləri zamanı lentə alınıb. Kənan videoya "Yox e, bu bizlik deyil” – qeydini yazıb.

Videonu oxuculara təqdim etməzdən öncə məlumat üçün bildirək ki, "Mannequin Challenge” flaşmobuna ilk dəfə bu il oktyabrın 27-də "Twitter” mikro-bloqunda rast gəlinib.
 
Videoda bir qrup insan hərəkətsiz vəziyyətdə dayanır. Operator isə onların arasında gəzərək, iştirakçıları video-kameraya çəkir.
 
Qeyd edək ki, bu fləşmob "Harlem Shake”və "Ice Bucket Challenge”i xatırladır.
 
Aysel.Ş
BAKU .WS