SİZİN REKLAM BURADA!
055 213 76 73



"Düşünmürəm ki, qısqanclıq sevgidən yaranır”.

BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Fədayə Laçın ATV-də yayımlanan "3-cü göz” verilişində deyib. Həyat yoldaşının qısqanc olmasından gileylənən müğənni özünün də ondan geri qalmadığını bildirib.

"Yoldaşım çox qısqanc idi. Onun bu xasiyyətindən bezirdim. Məni eyvana çıxmağa belə qoymurdu. Çıxsam da, uzunqol köynək geyinməli idim. Mən özüm də qısqancam. Bir dəfə həyat yoldaşımın avtomobilində dostunun sevgilisini gördüm, qan saldım. Nə bilərdim, uşaq idim. Qısqanclıq edirdim”, - deyə o bildirib.
 
BAKU.WS