SİZİN REKLAM BURADA!
055 213 76 73



Əməkdar artist, məşhur aparıcı və şoumen Murad Dadaşov hazırda Dubaydadır. 

BAKU.WS xəbər verir ki, M.Dadaşov orada həmyerlimiz Ginnesin Rekordlar kitabına düşən, dünya şöhrətli Üzeyir Novruzovla da görüşüb. 

Şoumenin "İnstagram” bloqunda yerləşdirdiyi videosunda Üzeyir Novruzov azərbaycanlılara salam və sevgisini göndərib.
 
Xatırladaq ki, azərbaycanlı sirk ustası Üzeyir Novruzov hazırda ABŞ-ın Las-Veqas şəhərində yaşayır və 2015-ci ildə qatılıdığı "America's Got Talent” yarışmasında nərdivanla sərgilədiyi çıxışı ilə məşhurluq əldə edib. O, 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla Ginnesin Rekordlar Kitabına düşüb. 
Rekordun yenilənməsinin təsdiqlənməsi mərasimi Çinin paytaxtı Pekində keçirilib.
 
M.Dadaşovun paylaşdığı videosunu oxuculara təqdim edirik:
 
Aysel.Ş
BAKU.WS