Jurnalistlər əməkdar artist Röya Ayxanı boykot edib.

BAKU.WS xəbər verir ki, bu gün Bakı Olimpiya Stadionunda dekabrın 31-də keçiriləcək "ƏN Yeni il” adlı konsert proqramı ilə bağlı baş tutan mətbuat konfransında müğənnilər Röya Ayxan, Miri Yusif, aparıcı İlkin Həsəninin KİV nümayəndələri ilə görüşü gözlənilirdi.
 
Lakin şou-biznes sahəsindən yazan jurnalistlər Röya Ayxanla aralarında yaranan gərginlik səbəbi ilə konfransda iştirak etməyiblər. Hətta bunu daha öncədən mətbuatda da açıqlayıblar.
 
Təşkilatçılar məsələdən xəbərdar olandan sonra mediaya müraciət edərək bildiriblər ki, Röya Ayxanın adı konfransda iştirak edəcək şəxslərin siyahısından çıxarılıb. Onlar R.Ayxanın tədbirə qatıla bilməməsini gözlənilmədən çıxan yaradıcılıq işinin olması ilə əlaqələndiriblər. Mətbuatdan isə tədbirə gələrək konfransı işıqlandırılması xahiş olunub. Konfransında idman sahəsindən yazan KİV nümayəndələri iştirak edib. Aralarında həmçinin şou-biznes sahəsindən yazan bir neçə jurnalistdə də rast gəlinib.

Xatırladaq ki, Röyanın noyabrın 25, 26,27-də Heydər Əliyev Sarayında baş tutan konserti ətrafında qalmalqal yaşandı. Daha dəqiq söyləsək, Röyanın KİV nümayəndələrini konsertinə yalnız izləyici kimi dəvət etməsi, bəzi jurnalistlərin xoşuna gəlməmişdi. Bundan sonra da tərəflər arasında xoşagəlməz söz davası başlanmışdı. Məhz bundan sonra həmkarlarımız Röya Ayxanı boykot ediblər.

Aytən.H
BAKU.WS