SİZİN REKLAM BURADA!
055 213 76 73


"Best Model of Azerbaijan”nın 2006-2007-ci illər və "Best Model of the World” yarışmasının 2007-ci il qalibi olan Rüstəm Cəbrayılov ötən ənənəvi olaraq gün keçirilən "Number 1” mükafatlandırma mərasimində diqqətləri öz üzərinə çəkib.

BAKU.WS xəbər verir ki, mükafatlandırma mərasimində sonda mükafat alan R. Cəbrayılov çıxışı ilə hər kəsi şoka salıb. Big.az bildirir ki, sərxoş olan R.Cəbrayılov naraçılıq edib: 

"Mənim arxamda kimlər var ? Arxamda buradakılardan böyük insanlar durur. Millət vəkilləri məndən artıq deyil. Burada mükafat alanlar məndən artıq deyil. Ancaq onlar sona kimi gözləməyib getdilər”. 

Model mükafatı alıb, səhnədən düşəndən sonra yenidən içki barı olan tərəfə yaxınlaşıb və içməyə davam edib.

Qeyd edək ki, Rüstəm Cəbrayılov 1986-cı il iyunun 8-də Ukraynanın Luqansk şəhərində azərbaycanlı Abil və Sona Cəbrayılovların ailəsində dünyaya göz açıb. Rüstəmin 5 yaşı olanda ailəsi Bakıya köçüb. Azərbaycanda orta məktəbi bitirəndən sonra 2004-cü ildə Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinə daxil olub. 2008-ci ildə universiteti bitirəndən sonra coğrafiya müəllimi kimi işləyib.

R.Cəbrayılov ilk dəfə modellik karyerasına 2005-ci ildə başlayıb. "The Best Model of Azerbaijan” yarışmasının 2006 və 2007-ci illərdə qalibi olub. O, 2007-ci ildə 90 ölkə nümayəndəsinin qatıldığı "Best Model of the World” yarışmasının birinciliyini qazanıb.

O, Nyu-Yorkda "Red Model Management New-York City” moda agentliyində model kimi çalışıb.

Nyu-Yorkda bir-birinin ardınca uğurlar qazanan modelimiz dünyanın ən nüfuzlu, məşhur brend kolleksiyalarının simasına çevrilib. 
O, artıq bir neçə ildir ki, Azərbaycanda yaşayır.

R.Cəbrayılovun "Nömrə 1” mükafatlandrıma mərasimidnəm olan video-görüntünü oxuculara təqdim edirik:

Aysel.Ş
BAKU.WS