SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün Xalq artisti Röya Ayxanın çoxdandır gözlənilən möhtəşəm şoulu konserti baş tutub. 

BAKU.WS xəbər verir ki, Bakı Konqres Mərkəzində sevənləri qarşıdında çıxış edən estrada ulduzu onlara unudulmaz gecə yaşadıb.

Hər zaman yeniliklərə imza atan Röya bu dəfə konsertində səhnəyə müxtəlif robotlarla çıxıb. Bununla da o MDB məkanında bir ilkə imza atıb. İfaçı "Biri var" adlı gecədə yeni və illərdir hit olan kompozisiyalarını səsləndirib.

Onlar arasında “Səninəm”, “Bəlkə də”, “Sənə görə”, “Dəniz”, "Səni tanıyım" kimi mahnıları yer alıb. İfaçı "14/41" albomuna daxil olan mahnılarından da ifa edib.

 Konsertin aparıcısı Nəsib Nur olub. O səhnəyə çıxaraq fasilələrdə konserti təqdim edib.

Musiqili geccədən əvvəl sənətçi jurnalistlərə açıqlama verib. Estrada ulduzu bildirib ki, konsertə hazırlıq prosesi ağır keçib. Röya Ayxan çəkilən hər bir əziyyətin tamaşaçıların qəlbini oxşamaq üçün edildiyini bildirib:

"Bu günkü konsertdə robot və texniki məsələlər var. Sizə oxumağımı sübut etməyə ehtiyac yoxdur. Bugünkü konsertə hazırlaşan zaman o qədər stress keçirmişik ki, musiqi məşqindən çox günümüz robotlarla məşqdə keçib. Yenə də qeyd edirəm ki, mən orkestrla da sevənlərin qarşısına çıxa bilərdim. Amma şou üçün çox darıxmışdım. 2005-ci ildə şou ildə gələn adamam. Belə eksperimentlər aparmağı sevirəm. əminəm ki, hər kəsin xoşuna gələcək. Çünki mən bu işə böyük əmək vermişəm. Adam başqa ölkəyə gedəndə sadəcə musiqisin təqdim edir. Amma öz ölkəmdə məsuliyyət daha da artır. Konsert zamanı sizi həyəcanladıran məqamlar olacaq. Musiqiçilərimizin hər biri ulduzdur. Çox əziyyət çəkərək hazırlaşmışıq. Köməkçim ayağını, videoqrafımız isə qolunu sındırdı. Onlar məni qoruyurdu. Dostlarıma təşəkkür edirəm".

İfaçı açıqlaması zamanı onu da qeyd edib ki, ailə üzvlərindən oğlu Hüseyn konsertdə iştirak edir. O səhnə arxasında qalaraq anasına kömək edəcək. 

Xalq artistin konserti həm də duyğulu anlarla yadda qalıb. Zaldan əyləşən tamaşçılatın sevgisi sənətçini kövrəldib. Röya sevənlərində səslənərək "Mən sizin sevginizi necə qazanmışamsa çalışacam övladlarınızın da sevgisini qazanım" deyib.

Dijital və işıq effektlərinin bol olduğu konsert “KEvenets Group” və “Peachline”nın təşkilatçılığı ilə reallaşıb.

Qeyd edək ki, musiqili gecə bu gün və sabah davam edəcək.

BAKU.WS
VİDEO

QALEREYA