SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanlı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan "O ses Türkiye” yarışmasının yeni buraxılışında maraqlı anlar yaşanıb.

BAKU.WS xəbər verir ki, televiziya yarışmasının dünənki yayımına Bakıda yaşayan ukraynalı qız Yuliya Lysianska qatılıb.

Onun çıxışı Sibel Canın ürəyincə olub. Sibel Yuliyanın Bakıdan qatıldığını biləndə ikiqat sevinib.
 
"Bakıda məni çox istəyirlər. Bakıda hər evdə mənim CD və ya şəklim vardır. Şəklim divardan asılıdır. Əgər Yuliya məni seçərsə, Bakıya gedəndə, hər kəs onu qarşılamaq üçün hava limanına axışacaq. Buradan bütün Bakıya, Azərbaycana səslənirəm. Yuliya məni seçərsə, onu tək buraxmayın".
 
Daha sonra isə Yuliya Sibel Can və Murad Boz arasında seçim etməli olub. O, yarışmada çıxışını Murad Bozun komandasında davam etməyə qərar verib. 
 
Aysel.Ş
BAKU.WS