SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Rəqsanə İsmayılova hazırda həbsdə olan prodüser Təranə Səmədovanın qızının ad gününü təbrik edib. 

BAKU.WS xəbər verir ki, sənətçi Təranənin böyük qızı Suellə birlikdə 1 saylı körpələr evinə gedərək 1 yaşlı Adelə ad günü sürprizi edib. 

O, Suelə və Adelə vətənimizə layiqli övladlar olmalarını arzulayıb, eyni zamanda tez zamanda anaları Təranənin həbsdən çıxmasını diləyib.

İsmayılova paylaşdığı video "Gözəl qızım Adel, səninlə olan bu görüş mənə çox ağır gəldi. Çox istiyərdim ki, səndə bacın Suel kimi mənim yanımda olasan. Lakin qanunlara riyaət etmək hər birimizin borcudur. Adelin sonda, bizə əl sallamağı məni çox, həddindən artlq çox məyus etdi" sözlərini də əlavə edərək yaşadıqlarının onu çox təsirləndirdirdiyini bildirib. 

Qeyd edək ki, prodüser Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq həbs edilib.

BAKU.WS
VİDEO