SİZİN REKLAM BURADA!
055 213 76 73



Son günlər 2014-cü ildə ATV telekanalında yayımlanan "Səni axtarıram” verilişinin kadrarxası görüntüləri ilə gündəmə gələn aparıcı Xoşqədəm Hidayətqızının daha bir videosu yayılıb.

BAKU.WS xəbər verir ki, aparıcı verilişinin yeni buraxılışında sərt çıxış edib.

O, "Mən çox safam, hər kəs məni aldadır. Bu saflıqdan da bu qədər istifadə etməyin də. Belə etməyin da. Hamını qucaqlayıram, öpürəm, bağrıma basıram, amma hamı məni aldadır” – deyib.

Onun bu görüntüləri izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

Sosial şəbələ istifadəçiləri aparıcını yenə şou göstərməkdə, onun səmimiyyətinə inanmamaqda ittiham ediblər.
 
Gülüş hədəfinə çevrilən videonu oxuculara təqdim edirik:
 
Aysel.Ş
BAKU.WS