SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Xatirə İslamın həyat yoldaşı Fəxrəddin bəyin rütbəsi artıb. 
 
BAKU.WS xəbər verir ki, ifaçı bu haqda "İnstagram” bloqunda məlumat verib.

O, ailə fotosunu paylaşaraq, şad xəbəri verib. Amma bir müddət öncə fotonu silib. Çünki izləyicilər müğənninin ailə şəklinə xoşagəlməz şərhlər yazıblar.
Bərk əsəbləşən X.İslam bundan sonra şəxsi həyatı ilə bağlı heç bir paylaşım etməyəcəyini bildirib.
 
"Dünən ailəmdə baş verən sevincli anları sizinlə paylaşdım. Buna sevinmək əvəzinə divar kağızını, yoldaşımın və övladımın geyimini müzakirə etdiniz. Bu səbəbdən şəxsi həyatım barədə az məlumat bilsəniz yaxşıdır” – deyə, müğənni qeyd edib.
Xatırladaq ki, ifaçının həyat yoldaşının rütbəsi mayor idi.
 
Yeri gəlmişkən, X.İslam bir müddət öncə müsahibələrindən birində boşanması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirmişdi. 
O, "33 yaşında ər tapmışam, niyə qoymursunuz oturum? İstəmirsiniz ki, müğənnilərin də ailəsi, yanında sağlam həyat yoldaşı olsun? Boşananda nə olur? Hər şey pis olur, adamın adına pis sözlər deyilir, istər-istəməz ayağını əyri yola da atır” – deyə o, bildirmişdi.
 
Aysel.Ş
BAKU.WS