SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur müğənni Serdar Ortaçın Mehmet Çeviklə çəkdirdiyi klipdə istifadə etdiyi ağ tabut oğurlanıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, tabut Çevikin anbarından oğurlanıb.

"Məqsədim oğurluq deyil. Tabutu fanatınız olaraq sizdən xatirə kimi götürdüm", - deyə götürən şəxs məktubda qeyd edib.

Qeyd edək ki, Ortaç "Bilsem ki" mahnısına Mehmet Çeviklə yeni klip çəkdirib. Klipdə yer alan dəfn səhnəsində güllərlə bəzədilmiş və xüsusi hazırlanmış ağ tabutdan istifadə edilib.

BAKU.WS