SİZİN REKLAM BURADA!
055 213 76 73



"Oğlan evi 2” filminin çoxdan gözlənilən treyleri təqdim olunub.

BAKU.WS xəbər verir ki, filmin ikinci hissəsi dekabrın 1-dən kinoteatrlarda nümayiş olunacaq.

Rejissor İlham Qasımovun filmində avtomobil fırıldaqçılarının qurbanına çevrilən, Bakıda yaşayan cənubi azərbaycanlı Pərvaz Müstəvidən (Baba) bəhs edilir. 
Baba (Elcan Rəsulov) və Yavər (Nicat Rəhimov) onlara miras qalmış raritet (qiymətli nadir-red) avtomobil itiriləndən sonra, müflis olmaq təhlükəsi ilə üz-üzə qalırlar. 
 
Beləcə, qəhrəmanlar ölkənin ən amansız avtomobil fırıldaqçıları ilə tanış olurlar. Filmdə baş rollarda Elcan Rəsulov, Nicat Rəhimov və Hüseyn Əzizoğlu çəkiliblər. Eləcə də tamaşaçılar ilk filmdən sevdikləri İsi (Elşən Hacıbabayev) və Kapitan Rzayev (Qurban Məsimov) ilə də yenidən görüşəcəklər. 
 
Xatırladaq ki, "Oğlan evi: Azərbaycansayağı qarət”  filminin birincisi ötən ilin dekabrın 3-də təqdim olunmuşdu.

Baş rolları Fərda Amin, Elcan Rəsulov və İslam Mehrəliyevin oynadıqları "Oğlan evi: Azərbaycansayağı qarət” filmində həmçinin Abbas Qəhrəmanov, Elshən Hacıbabayev, Xumar Səlimova, Qurban Məsimov, Yadigar Muradov, müğənni Xəyyam Nisanov  və aparıcılar- DJ Fateh və Mətanət Əliverdiyeva rol almışdı. 
Ekran işinin süjet xəttinə gəlincə, hadisələr paytaxt Bakıda cərəyan edir. Daha dəqiq söyləsək, işbazlar 3 nəfərə eyni mənzili satır və zərərçəkənlər pullarını geri almağa müvəffəq olmadıqlarından, qəribə bir plana əl atırlar.

Kapital Bank filmin baş sponsorudur. "Oğlan Evi 2” inokomediyasının treylerini bu linkdən izləyə bilərsiz: 

Aysel.Ş
BAKU.WS 

]