SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən həftə gündəmi məşğul edən mövzulardan biri də meyxanaçı Namiq Qaraçuxurlunun ailə həyatı ilə bağlı oldu.

BAKU.WS xatırladır ki, bu günlərdə bir sıra saytlarda xəbər yayıldı ki, müğənni Rüfət Axundovun "Qəlb evimdən çıxdı getdi” klipində çəkilən xanım Namiq Qaraçuxurlunun ikinci həyat yoldaşıdır.

Meyxanaçı məsələ ilə bağlı açıqlama verib. O, "ATV maqazin onlarla” verilişinə "Şəxsi həyatımla bağlı damışmağı sevmirəm”, desə də, məsələyə aydınlıq gətirib:
 
"Həmin videodakı xanım həyat yoldaşım deyil. Xəbər yalandır. Bu xəbəri yayan şəxsi yaxşı tanıyıram. Həmin şəkilləri bir neçə gün öncə mənim özümə göndərmişdilər”,- deyən meyxanaçının sözlərindən anlaşılıb ki, onu şantaj etmək istəyiblər:
"Qara piar olanda, kimsə mənə qarşı düşmənçilik edəndə, heç nə etmirəm. Çünki zamanla hər şey yerinə oturur”.
 
Aysel.Ş
BAKU.WS