SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Röya Ayxan “14/41” albomunun ilk klipini təqdim edib.

BAKU.WS xəbər verir ki, ekran işi sözləri və musiqisi Etibar Rzalıya aid olan “Tez gəl” mahnısına çəkilib.

Layihənin çəkilişləri Türkiyədə Orçun Mutlunun direktorluğu ilə lentə alınıb.

“Tez gəl”in klipi mahnının sözlərindən ilham alınaraq hazırlanmış bir ssenariyə sahibdir. Bir cütlüyün xoşbəxt və kədərli anlarını gördüyümüz hekayədə bəyin istəməyərək sevgilisini öldürməsinin şahidi oluruq. Ssenaridə bu ana onlarla eyni binada yaşayan qonşuları Röya Ayxan şahid olur, polisə xəbər verir.

Layihədə iki sevgilini Serkan Oktay və Aydan Akboğa canlandırıb. Xalq artistinin saç, makiyajını Elnur Həsənov, staylinqini Özgür Yüksel edib.

Qeyd edək ki, sözügedən “14/41 Türkiyədə hazırlanıb, istehsalçı şirkət “Kevents Group”dur.

Ənənəvi formatda təqdim olunan CD-nin adında qeyd edilən “14” albomdakı mahnıların sayı, “41” isə 14 iyun tarixində Xalq artistinin “qızıl yaş” dövrü hesab edilən - 41 yaşa qədəm qoyması ilə bağlıdır. Albomun prodüseri Kənan Bayramov, musiqi prodüseri Hacı Nazimdir.

BAKU.WS
VİDEO