SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Əməkdar artist Elza Seyidcahan ATV-də yayımlanan "10-dan sonra" verilişində hər kəsi təəccübləndirib.

BAKU.WS axşam.az-a istinadən bildirir ki, müğənni proqrama gələn Aysel adlı qızın arıq olmasını ələ salıb. 

E.Seyidcahan qızın ünvanına təhqirlər səsləndirib:

"İçəri girəndə salam da vermədi. Belə adamla heç danışmamalıydıq. Siz deyirsiz ki, bu qız nərmənazikdir. Bunlar o qədər içlərini yeyirlər ki, çöpə dönürlər. 21 yaşlı qız necə olmalıdır ki? Kök qızlar ürəyi təmizlikdən yeyir, verirlər ətə. Bir də var Aysel kimi qızlar, o qədər içlərini yeyirlər ki, günü-gündən quruyurlar. Belələrinə deyirlər "taqqanaq". Kökəlməyə həsrət olurlar, iynə vurdururlar. Buna həqiqəti deməliyik ki, başa düşsün".

"Mənim üçün kənardakıların fikrinin heç bir əhəmiyyəti yoxdur", - deyən Aysel göz yaşlarını saxlaya bilməyib. 

E.Seyidcahan daha sonra qıza hansı ildən olduğunu soruşub. Ayselin "xoruz" ilindən olduğunu eşidən müğənni "Bir az xoruzlanırsan, amma yaxşı qızsan" deyib.
 
BAKU.WS