SİZİN REKLAM BURADA!
055 213 76 73



Amerika Birləşmiş Ştatlarının yeni prezidenti Donald Tramp dünyanın gündəmini dəyişib, desək yanılmarıq.

BAKU.WS xəbər verir ki, bir gündə dünyanın ən məşhur siyasətçisinə çevrilən Tramp biznes fəaliyyəti ilə yanaşı, ara-sıra filmlərdə çəkildiyi epizodik rollarla da yaddaşlarda qalıb. Aktyor və prodüser kimi də tanınan D.Tramp, sən demə, indiyədək 18 filmdə rol alıb. 

"Evdə tək” kimi məşhur filmdə Trampın epizodik rolu maraqlı təəssürat yaradır. Hollivud rejissorları ilə dostluq edən Tramp 1989-cu ildən bu günlərədək teleseriallarda da çəkilib. Bəzən seriallarda elə özünü - Donald Trampın obrazını canlandırıb.

O, həmçinin "Böyük şəhərdə seks”, "Beverli-Hillsli şahzadə”, "Balaca əclaflar”, "Nümunəvi erkək” və başqa serial və filmlərə çəkilib.
 
Mövzunun aktuallığını nəzərə alaraq Trampın çəkildiyi bəzi filmlərdən görüntüləri oxuculara təqdim edirik:
 
Aytən.H
BAKU.WS